Ana Vətən Partiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirləri davam edir.
18-05-2018, 19:14
Ana Vətən Partiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirləri davam edir. teref.az - 18 may 2018-ci il tarixində gənc ana vətənçilər Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil etmişlər. Muzeydə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, onun fəaliyyəti, əldə etdiyi siyasi uğurları, cümhuriyyət qurucuları, tarixi faktlar, müxtəlif sənəd və fotoşəkillərlə tanış olmuşlar. Sonra gənc anavətənçilərin şəhər gəzintisi təşkil olunmuşdur.