Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə İsmayıllıda marafon yarışı keçirilib

25-05-2018, 20:36           

teref.az - İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayon Təhsil Şöbəsi ilə birgə 25 may 2018-cı il tarixdə məktəblilər arasında 28 may-Respublika Günü-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə marafon yarışı keçirib.
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, rayon təhsil şöbəsinin əməkdaşı İlham Vahabov, tam orta məktəblərin idman müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov müəllim və şagirdləri salamlayıb və qeyd edib ki, may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi Respublikada geniş miqyasda qeyd edilir.
İsmayıllı şəhər 1 nömrəli, şəhər 2 nömrəli, şəhər 3 nömrəli, şəhər 4 nömrəli, şəhər 5 nömrəli, şəhər 6 nömrəli, şəhər 7 nömrəli, Diyallı, Təzəkənd, Cülyan, Talıstan kənd tam orta məktəblərindən və Peşə Tədris Mərkəzindən ümumilikdə 100 nəfər şagirdin iştirakı ilə keçirilən marafon başlanğıcını “Şəhidlər Xiyabanı”ndan götürüb Ümummilli lider Heydər Əliyevin abidəsi önünə qədər davam edib.
Gərgin keçən marafonda şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Həsənov Samir I yerə, şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Cəlalov İbrahim II yerə, Təzəkənd kənd tam orta məktəbin şagirdi Əzizli Elxan III yerə çıxıblar. Hər üç yerin qalibi İsmayıllı Rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə, həmçinin yarışda fərqləndiyinə görə Təzəkənd kənd tam orta məktəbin şagirdi Hüseyinli Azər, 5 nömrəli tam orta məktəbin şagirdi Eyyubov Sədaqət və Peşə Tədris Mərkəzinin şagirdi Ağammədov Samir diplomlarla təltif ediliblər.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.