İki məktəb direktorundan dələduzluq; nazir növbəti əmri verəcəkmi?

18-04-2015, 21:15           

Abşeron rayonunda məktəb direktoru xadiməni dəlixanaya saldırıb.

TİA.az xəbər verir ki, Pirəküşkül qəsəbəsindəki məktəbin direktoru İlahə Murquzovanın Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktoru İradə Murquzovanın qohumudur.
Müəllimlərə kredit ödətdirən 117 saylı məktəb direktoru təhsil nazirinin əmri ilə işindən qovuldu, hazırda isə məhkəmə çəkişməsi davam edir. Pirəküşküldəki məktəb direktoru İlahə Murquzova ilə də İradə Murquzovanın qohumluq əlaqələri var.
Xatırladaq ki, İlahə Murquzova Pirəküşkül məktəbində xadimə işləyən qadını ruhi əsəb dispanserinə saldırıb. 3 azyaşlı övladı olan Rüstəmova Arzu Şəmsəd qızı ilə direktor arasında əmək haqqı məsələsində mübahisə yaranıb.
53 manat əmək haqqı aldığını bildirən qadın direktordan ona verilən məbləğin artırılmasını istəyib. Bu zaman aralarında mübahisə yaranıb. Direktor təcili yardım çağıraraq, qadını Maştağadakı ruhi- əsəb dispanserinə göndərib.
Qadını orda həyat yoldaşının xəbəri olmadan 4 gün saxlayıblar. Əri onu çox axtarıb, nəhayət, DİN-in 102 xidmətinə zəng vurduqdan sonra qadının dispanserdə olduğu aşkarlanıb. Hazırda iş prokurorluqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.