YABANI HALDA BİTMİŞ NARKOTİK BİTKİLƏR MƏHV EDİLİB

11-08-2018, 11:00           
YABANI HALDA BİTMİŞ NARKOTİK BİTKİLƏR MƏHV EDİLİB
Xaş - xaş 2018 tədbirlər planına uyğun olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən ümumi çəkisi 1ton 260 kiloqram olan 1733 ədəd , eləcə də Cülyan kəndi ərazisində ümumi çəkisi 520 kiloqram olan 462 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.