DİN-in bu idarəsi avtomobillərini satır

20-08-2018, 11:19           
DİN-in bu idarəsi avtomobillərini satır
Daxili İşlər Nazirliyi tabeliyində olan istifadəsiz qalmış avtomobillərini hərraca təqdim edib.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının istifadə etmədiyi avtomobilləri üçün hərrac təşkil edəcək.

Avqustun 28-də keçiriləcək hərracda 2007-ci ilin “Fiat Doblo”, “BMV 320”, “Qaz-3102” markalı avtomobilləri satılacaq.

“Fiat Dablo” avtomobilinin ilkin start qiyməti 3500 manat, “BMV 320” avtomobili 5200 manat, “Qaz-3102” markalı avtomobilin start qiyməti isə 1800 manat müəyyən edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.