Ana Vətən Partıyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Müqəddəs Qurban Bayramı münasibətilə xalqımızı təbrik edib

21-08-2018, 12:05           

Təbrikdə deyilir:
Hörmətli həmvətənlər!
Sizi Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Uca Allahdan istəyim budur ki, xalqımıza dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimiz ətrafında bundan sonra da sıx həmrəylik qismət etsin.
Bayramınız mübarək!
Hörmətlə,
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Millət vəkili.

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.