AİLƏSİ ONU AXTARIR

29-08-2018, 17:09           
AİLƏSİ ONU AXTARIR
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.