10 TONA YAXIN NARKOTİK TƏRKİBLİ BİTKİ MƏHV EDİLDİ

30-08-2018, 07:12           
10 TONA YAXIN NARKOTİK TƏRKİBLİ BİTKİ MƏHV EDİLDİ
Teref.az- “Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayonunun Aşağı Daşağıl kəndində vətəndaşa məxsus 2,5 ha pay torpaq sahəsində ümumi çəkisi 10 tona yaxın 31 270 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq yandırılma yolu ilə məhv edilmişdir.
Faktla bağlı araşdırma aparılır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.