Səfirlik: Misirdə baş verən aviaqəzada sağ qalan yoxdur
31-10-2015, 20:18
Misirdən Sankt-Peterburqa uçan "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nətisəində bütün ekipaj üzvləri və sərnişinlər həlak olub. APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Misirdəki səfirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.
Baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin 1 noyabrın tarixini matəm günü elan edib.