Bu gün Elçibəyin doğum günüdür

24-06-2025, 08:00           
Bu gün Elçibəyin doğum günüdür
Bu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, AXC-nin qurucularından biri Əbülfəz Elçibəyin 87 yaşı tamam olur.

Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan mahalının Ordubad rayonunda Kələki kəndində dünyaya göz açıb. O, bir sovet dissidenti olaraq Azərbaycanın müstəqillik qazanmasında rol oynamış önəmli şəxsiyyətdir.

Elçibəy 72 illik kommunist əsarətindən sonra müstəqillik qazanmış Azərbaycanın seçkilərlə, xalq iradəsi ilə seçilən ilk prezidenti olub.

Onun prezidentliyi dövründə bir sıra tarixi nailiyyətlərə imza atılıb: sovet qoşunları ölkədən çıxarılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb və s.

1993-cü ildə Gəncədə qaldırılmış hərbi qiyamdan sonra postunu tərk etməyə məcbur olan Elçibəy 4 il doğma kəndi Kələkiyə gedib.

Maraqlıdır ki, 24 iyun həm də Elçibəyin prezident səlahiyyətlərinin parlamentdə əlindən alındığı gündür. Bundan sonra onun Bakıya yolu bağlandı.

1997-ci ildə Bakıya qayıdan Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu Gülhanə xəstəxanasında vəfat edib.
Ruhu şad olsun!
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru