İsrail molla rejimin məhz devrilməsini məqsədini qoyub və bu, zərbələr endirilən hədəflərdən görünür.
Bu gün, 08:14

Son saatlar ərzində İsrailin İrana zərbələri kəskin intensivləşib və zərbələrin hədəfləri xüsusi diqqət cəlb edir. Hansı obyektlərin vurulmasını görsək, prosesin hansı istiqamətdə inkişaf edəcəyini təxmin edə biləcəyik.
Hansı obyektlər vurulub?
1. "Seyyid əl-Şühəda" qərargahı
Tehranın cənubunda yerləşən Şəhri-Rəyi qəsəbəsində SEPAH-ın regional bölməsi darmadağın edilib.
Bu bölmə Tehranın cənub bölgəsinə nəzarət, Bəsicin səfərbər edilməsi, iğtişaşların yatırılması, strateji və dini obyektlərin mühafizəsi, molla rejiminə müxalif etirazçılara qarşı repressiyalarla məşğul olurdu.
2. "Sərəllah" qərargahı
Bu qərargah etirazların yatırılması üçün SEPAH-ın əsas əməliyyat mərkəzlərindən biridir. Tehranın mərkəzində yerləşir.
Paytaxtın təhlükəsizliyinə cavabdehdir, Bəsic, polis və xüsusi xidmət orqanları arasında əlaqələndirməni həyata keçirir. Bir növ güc qurumları arasında regional mərkəzdir.
Məhz "Sərəllah" 2009, 2017-2018, 2019 və 2022-ci illərdə baş verən kütləvi etirazlara qarşı əsas əməliyyatlara rəhbərlik edirdi.
3. NAJA Kəşfiyyat Təhlükəsizlik İdarəsi
Bu idarə daxili əks-kəşfiyyat, polis daxilində loyal olmayan elementlərin müəyyənləşdirilməsi, zabitlərin izlənməsilə məşğuldur.
NAJA İranın Kəşfiyyat Nazirliyinə və qismən SEPAH-a tabedir.
4. Bəsic
Bəsic SEPAH-ın tərkibində könüllü xalq milisi qüvvələridir.
Vurulun idarə Tehranın qərbində yerləşən Kərəc şəhərində idi.
Bu idarə etirazlar zamanı kütləvi səfərbərlik üçün istifadə olunur, tez-tez etirazçıların fiziki güclə dağıdılması əməliyyatlarında iştirak edir.
Və mən hələ ən əsasları qeyd etdim, vurulan zərbələr qeyd olunanlardan qat-qat çoxdur.
Nəticə etibarı ilə İsrail molla rejiminin repressiv aparatını sıradan çıxarmağa davam edir, ancaq bu gün fərqli mənbələrə görə 500-dən 1000-ə qədər güc strukturların əməkdaşı öldürülüb. Güc strukturları molla rejiminin onurğa sütunudur və onlar çökəndən sonra rejimin devrilməsi an məsələsidir...
İsrail molla rejimin məhz devrilməsini məqsədini qoyub və bu, zərbələr endirilən hədəflərdən görünür.
Kamran Cəfərov
TEREF