Venesuela ABŞ-a məxsus təyyarəni vurdu

9-07-2020, 00:09           
Venesuela ABŞ-a məxsus təyyarəni vurdu
ABŞ-a məxsus təyyarə Venesuela sərhədini pozduğu üçün vurulub.

Axar.az xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələri Strateji Komandanlığı məlumat yayıb.

Bildirilib ki, iyulun 8-ə keçən gecə ABŞ-a məxsus bir təyyarə Venesuela hava məkanında aşkarlanıb və hərbi təyyarədən endirilən zərbə nəticəsində zərərsizləşdirilib.

Sözügedən təyyarənin Havker-800 model olduğu və özəl bir şəxsə aid olduğu bildirilib.

Qeyd edək ki, həmin təyyarə bir gün öncə Meksikanın Toluka əyalətindən Quintana Roo sahillərində yerləşən Kozumel adasına uçuş həyata keçirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.