Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü

30-04-2024, 13:19           
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb.

APA xəbər verir ki, ağır yanıq xəsarətləri alan 1990-cı il təvəllüdlü Türkanə Məmmədova ötən gün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində vəfat edib.

Qeyd edək ki hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərinin birinin yaxınlığında qeyd alınıb. Belə ki, rayon sakini 2002-ci il təvəllüdül Röyal Tağıyev kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru