"Başkəndin ən starateji kənd olmasını anlamaq üçün tarixçi və politoloq olmağa ehtiyac yoxdur" - ETİBAR ƏLİYEV
30-04-2024, 13:15
"İşğal altında olan ərazilərimizi erməni barbarlarından azad etdikdən sonra da Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmiz üçün bütün ciddi təhlükələri əzmkarlıqla dəf edir"
"Başkəndin ən starateji kənd olmasını anlamaq üçün tarixçi və politoloq olmağa ehtiyac yoxdur. Bircə fakt: Şınığa gedən yol Başkənddən keçir. İkinci yol Tovuz yoludur. Fərz edək ki, Şınıx sakini Gədəbəyə-mərkəzə getmək istəyir. Vətəndaş Tovuz yolu ilə 150 km yol qət etməlidir?" Hurriyyet.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev qeyd edib.
Millət vəkili əlavə edib ki, işğal altında olan ərazilərimizi erməni barbarlarından azad etdikdən sonra da Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmiz üçün bütün ciddi təhlükələri əzmkarlıqla dəf edir: "Biz onun qəbul etdiyi qərarlar barədə məqalələr yazmalı və fikir söyləməliyik".