Britni Spirs: “Ədalət yoxdur”

30-04-2024, 16:58           
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Britni Spirs atası Ceymi Spirslə bağlı məhkəmədən kənar qərarın ədalətsiz olduğunu açıqlayıb.

Spirsin dediyinə görə, yaşadığı problemlər nəticəsində kürəyində nevroloji problemlər yaranıb. Hətta bir dəfə ağrılar səbəbindən sənətçi qapıya çatmaq üçün sürünməli olub.

“Ailəm məni sarsıtdı! Nə ədalət var, nə də olacağı gözlənilir!” , - deyə müğənni bildirib.

42 yaşlı müğənni ailəsi ilə üz-üzə gəlməkdən qorxduğu üçün sosial şəbəkələrdə tənqid etməyə üstünlük verdiyini də bildirib. O, həmçinin uşaqlıqda yaşadığı Luizianadakı evə baş çəkə bilmədiyindən təəssüfləndiyini bildirib.
“Gəlmək istərdim, amma əlimdən alıblar!”, - o bildirib.

Qeyd edək ki, Britni Spirs atası Ceymi Spirslə məhkəmədə qəyyumluq iddiasına görə üz-üzə gəliblər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru