Azərbaycanda 100 mindən çox insan bu təqaüdü alır

30-04-2024, 18:14           
Azərbaycanda 100 mindən çox insan bu təqaüdü alır
“Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, sosial xidmətə ehtiyacı olan əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçi və sosial xidmətçiləri tərəfindən qanunvericiliyə uyğun olaraq evdə (səyyar) sosial xidmət göstərilir. Hazırda 4700-dən çox əlilliyi olan şəxsə nazirlik tərəfindən bu xidmətlər göstərilir”.

Bu barədə TNS-in sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə (bu, əlilliyi olan şəxsə qulluq edən ailə üzvü, qohumu və digər şəxs ola bilər) Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

Hazırda 101 450 nəfərə bu kateqoriyada əlilliyi olan şəxslərə qulluq etdiyinə görə təqaüd ödənilir.

Qeyd edək ki, bu təqaüdün məbləği 100 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru