Onların da hökumət rabitəsi olacaq - Prezidentdən FƏRMAN

30-04-2024, 18:34           
Onların da hökumət rabitəsi olacaq -
Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanla hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısındakı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri" "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini” ilə əvəzlənib.

Bundan başqa, hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına "Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri" əlavə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru