Paşinyanın yaxınları Rusiya qızılını BƏƏ-yə satır - İqtisadçı faktları açıqladı + FOTO

30-04-2024, 12:42           
Paşinyanın yaxınları Rusiya qızılını BƏƏ-yə satır -
2024-cü ilin I rübü üzrə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ən çox “Microsoft”un səhmlərinə sahib olub.

TEREF xəbər verir ki, Fondun İctimaiyyətlər əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd olunur ki, Fond ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə texnologiya korporasiyasındakı səhm portfelini 12,8% artıraraq 438 mln. dollardan 494 mln. dollara çatdırıb.

Fond “Microsoft”un əksinə, “Apple” üzrə səhm portfelini 77 mln. dollar və ya 15,5% azaldaraq 419 mln. dollara endirib. Ötən ilin sonunda bu rəqəm 496 mln. dollar təşkil edib. Bu nəticələrlə "Apple" ARNDF-in TOP-5-liyində ikinci pilləyə enib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, Dövlət Fondu 2023-cü ilin yekununa görə ən çox aşağıdakı 5 şirkətin səhmlərini almışdı:

- “Apple” 496 milyon ABŞ dolları,

- “Microsoft” 438 milyon ABŞ dolları,

- “Alfabet” “Google” 258 milyon ABŞ dolları,

- “Amazon” 233 milyon ABŞ dolları,

- “NVIDIA” 202 milyon ABŞ dolları.

Onun sözlərinə görə, cari ildə isə Fond aldığı səhmlərdə ciddi dəyişikliklər edib. Yəni cari ilin birinci rübündə Fondun texnoloji səhmlər paketində tendensiya belə olub:

- "Microsoft"-un səhm portfeli 12,8% artaraq 494 mln. dollara çatıb.

- “Apple” üzrə səhm portfeli 15,5% azalalarq 419 mln. dollara enib.

- “NVIDIA”nın səhm portfeli 169 mln. dollar artıb və 371 mln. dollara yüksəlib.

- “Amazon”-un səhm portfeli 233 mln. dollardan 279 milyon dollara çatıb.

Bu il ilk dəfə olaraq "Meta" platformasının səhmləri alınıb və Fond bu səhmlərə 179 milyon sərmayə qoyub.

O.Gündüz vurğulayıb ki, 2024-cü il üçün qlobal texnoloji şirkətlərin Dövlət Fondunun kotirovka olunan səhm portfelindəki payları aşağıdakı qaydada olub :

- “Microsoft” 494 milyon ABŞ dolları,

- “Apple” 419 milyon ABŞ dolları,

- “NVIDIA” 371 milyon ABŞ dolları,

- “Amazon” 279 milyon ABŞ dolları,

- “Alfabet” (“Google” ) 258 milyon ABŞ dolları,

- “Meta” 179 milyon ABŞ dolları.

Ekspert hesab edir ki, Dövlət Neft Fondunun bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırması doğru və məntiqli bir addımdır: “Süni intellekt bazarının genişlənməsi ilə trilyonluq şirkətlər siyahısına daxil olan NVİDİA -ya investisiyanın artırılması da məntiqlidir.

Amma, dəfələrlə bu mövzuda təkliflərimiz də olub ki, bu şirkətlərin Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin açılması və ciddi iş birliklərinin də qurulması çox vacib və faydalı olardı. Bunun üçün də onlara münbit şərait yaratmaq lazımdır”.

Osman Gündüz xatırladıb ki, bu siyahıda olan şirkətlərin 3-ü ilə Ermənistanın ciddi işbirliyi və birgə layihələri var.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.