Ramzan Kadırov:“Boris Nemtsovu mən öldürməmişəm”

28-02-2016, 11:32           
Ramzan Kadırov:“Boris Nemtsovu mən öldürməmişəm”
Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya baş nazirinin keçmiş birinci müavini, müxalifət lideri Boris Nemtsovun qətlinə heç bir aidiyyəti yoxdur.

“Nemtsov mənə mane olmurdu. Ona görə ki… mənim səviyyəm deyildi. Mən nə üçün?”, – deyə o, NTV-nin efirində bildirib.

O, həmçinin keçmiş baş nazir Kasyanovun nəyə görə hədəfə alınmış videosunu paylaşdığını da aydınlaşdırıb. Çeçen rəhbər deyib ki, bu, Kasyanova “düzgün siyasi yol tutmadığını izah etmək” cəhdi olub.

Boris Nemtsov 27 fevral 2015-ci ildə Moskvada qətlə yetirilib. Bununla bağlı Zaur Dadayev həbs edilib. Kadırov isə Dadayevi “Rusiyanın vətənpərvər oğlu” adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.