Azərbaycanda bu şəxslər çətin durumda: İki ölkə köməyə çatdı

20-06-2025, 10:24           
Azərbaycanda bu şəxslər çətin durumda: İki ölkə köməyə çatdı
İran və İsrail arasında yaşanan gərginlik turizm sektorunda ciddi çətinliklərə səbəb olub. Belə ki, Azərbaycanda yüzlərlə tur paket ləğv edilib, Yaxın Şərq ölkələrindən olan turistlər reyslərin təxirə salınması səbəbilə qayıda bilməyiblər. Hazırda onların bir qismi otellərə ödəniş edə bilmir, digər maddi çətinliklərlə üzləşir. Reyslərin nə zaman bərpa olunacağı isə hələlik bəlli deyil.

Mövcud vəziyyətdən çıxış yolu nədir?

Globalinfo.az-a danışan turizm eksperti Ramin Zamanov deyib ki, hazırda bu sahədə vəziyyət kifayət qədər ağırdır:

“İran və İsrail arasındakı gərginlik təkcə Azərbaycana deyil, ümumilikdə dünya üzrə turizm sektoruna təsir göstərir. Yaxın Şərqdən gələn turistlərin əksəriyyəti artıq Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə öz ölkələrinə təxliyə olunub. Az sayda turistlər də yaxın zamanda dönməyi planlaşdırırlar”.

Ekspertin sözlərinə görə, təxliyə prosesi adətən turizm şirkətləri və ya fərdi şəxslərin öz vəsaiti hesabına həyata keçirilir:

“Bu məsələ Azərbaycanın birbaşa müdaxiləsi ilə həll olunmur. Tezliklə Pakistan və Hindistan istiqamətində reyslərin bərpası gözlənilir. Turizm sektoru ilə bağlı diqqətimizi isə Uzaq Şərq ölkələrinə yönəltməlik. Turist sayını artırmaq üçün bu regionlardan gələnlərə üstünlük verməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru