Yaçenyukdan şok təklif: "Bu torpaqları sataq" 29-02-2016, 01:18 Ukraynanın Baş naziri Arseni Yaçenyuk dövlət torpaqlarından 1 milyon hektarı satmağı təklif edib. Axar.az xəbər verir ki, nazir bu təkliflə “Baş nazirlə 10 dəqiqə” verilişində çıxış edib: “Gizli iqtisadiyyat və korrupsiya dövriyəsinə cəlb olunan, büdcəyə heç bir faydası olmayan 1 milyon hektar torpağı satışa çıxarmaq lazımdır”. Baş nazir torpaqların şəffaf auksionla satılması təklifini də irəli sürüb. Facebook-da paylaş