İsrail səfiri Rusiyanı ələ saldı: “Bizim üç günə etdiyimizi Rusiya 3 ilə edə bilməyib”

19-06-2025, 12:28           
İsrail səfiri Rusiyanı ələ saldı:
İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter ölkəsinin İrana qarşı hücumlarında əldə etdiyi nailiyyətləri vurğulayaraq, İsrail-İran müharibəsini Rusiyanın Ukraynaya təcavüzü ilə müqayisə edib. Tribunainfo.az xəbər verir ki, o, Moskvanı ələ salmaqdan çəkinməyib.

Leiter deyib ki, onların 3 günə etdiklərini Rusiya 3 ilə edə bilməyib. “Biz üç gündə İran üzərində hava üstünlüyünə nail olduq. Rusiyanın Ukrayna üzərində üç ildə əldə edə bilmədiyi şeyi biz üç gündə etdik”.

Coğrafi və demoqrafik fərqlərə toxunan Leiter İranın ərazi və əhali baxımından İsraildən, Rusiyanın isə Ukraynadan böyük olduğunu vurğulayıb. O, həmçinin İsrailin Amerika qırıcılarından istifadədəki performansını yüksək qiymətləndirərək əlavə edib: “İsrail Hərbi Hava Qüvvələri İsrail pilotlarının Amerika F-35 qırıcıları ilə birləşməsinin uğurlu birləşmə olduğunu göstərdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru