"Şimalın Göy Gurultusu" başladı - Rusiya və İrana əzələ nümayişi

29-02-2016, 01:24           
"Şimalın Göy Gurultusu" başladı - Rusiya və İrana əzələ nümayişi
Səudiyyə Ərəbistanının Raduş Şimal (Şimalın Göy Gurultusu) adıyla təşkil etdiyi və 20 ölkənin qatıldığı hərbi təlim başlayıb.

Avropa.info xəbər verir ki, bu haqda Səudiyyənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Məlumata görə, iştirak nisbətinin yüksək olması və hərbi təlim sahəsinin genişliyi baxımından dünyanın ən böyük hərbi təlimlərindən sayılan sayılan Raduş Şimal ölkənin şimal bölgəsində başlayıb.

Region tarixində bu ana qədər həyata keçirilən ən böyük hərbi təlim olaraq xarakterizə edilən və 3 həftə davam edəcək manaverlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Bəhreyn, Seneqal, Sudan, Küveyt, Maldiv adaları , Mərakeş, Pakistan, Çad, Tunis, Komor , Cibuti, Oman Sultanlığı, Qatar, Malayziya, Misir, Mavritaniya, Mauritius qatılıb.

Siyasi şərhçilər bu hərbi təlimi Suriya məsələsində Rusiya və İranla fikir ayrılığında olan Səudiyyə Ərəbistanının güc nümayişi hesab edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.