İngiltərənin ikinci ən tirajlı lotereyasının qalibi olan Gerry Canningsin arvadı pulunun çox olmasına baxmayaraq, ərini qəbul etməyib.
Bir müddət əvvəl ərindən ayrılan kişi cek-potu udduqdan sonra bütün israrlarına baxmayaraq arvadı ilə barışa bilməyib. Lotodan pul qazandıqdan sonra arvadının onunla barışacağını ümid edib. Lakin adı açıqlanmayan qadın “32 milyon sterlinqi olsa belə onunla bir yerdə olmaq istəmirəm” deyib. Keçmiş arvadı onu bağışlamadığı üçün başqa bir qadınla evlənən Gerry keçmiş arvadının çox yaxşı insan olduğunu və onu itirməmək üçün əlindən gələni etdiyini, lakin nəticəsiz qaldığını deyib.
25 il evli qaldıqdan sonra arvadından ayrılan Gerry pulun ona arvadını unutdurmayacağını deyib.musavat/