Moskvada əlində kəsilmiş uşaq başı ilə “Allahü Əkbər” qışqıran qadın tutulub VİDEO

29-02-2016, 16:11           
Moskvada əlində kəsilmiş uşaq başı ilə “Allahü Əkbər” qışqıran qadın tutulub VİDEO
Bu gün Moskvanın “Oktyabrskoe pole” metrostansiyasının qarşısında əlində kəsilmiş uşaq başı ilə tutulan qadının dayə kimi baxdığı 4 yaşlı Nastyanı öldürdüyü məlum olub.

İlkin məlumata görə qadın həmin metrostansiyasının yaxınlığında yerləşən mənzildə dayəlik etdiyi azyaşlı qızın başını kəsdikdən sonra kəsilmiş başı çantasına qoyaraq metroya girmək istəyib. Girişdə polis onu sənədlərini yoxlamaq üçün saxlayıb, bu zaman qadın çantasından uşaq başını çıxararaq “Allahü Əkbər” qışqırmağa başlayıb və metronun girişinin qarşısında, küçədə yaxalanıb.

***

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, metronun “Oktyabrskoe pole” stansiyasının qarşısında əlində kəsilmiş uşaq başı tutan və “Allahü Əkbər” qışqıran şəxs tutulub.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə idarəsinin rəsmisi Yuliya İvanova bildirib ki, saxlanılan şəxs qadındır, dayəlik edib və baxdığı uşağın başını kəsib. Uşağın başsız cəsədi “Oktyabrskoe pole” metro stansiyasının yaxınlığındakı mənzildən tapılıb. İvanovanın bildirdiyinə görə, müstəntiqlər qadının psixi vəziyyətinin normal olduğuna şübhə edirlər və onu ekspertizay göndəriblər. Qadının şəxsiyyəti hələlik açıqlanmır.

Bununla belə məlumdur ki, qadın hicablı olub və yaxalanarkən özünü partladacağı ilə hədələyib.
[media=https://www.youtube.com/watch?v=dwn8sebIy1g]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.