“Rusiya prezident Vladimir Putinin hakimiyyəti dövründə Krımdan imtina etməyəcək. Amma ölkədəki iqtisadi problemlər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”. Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu prezident Pyotr Poroşenkonun Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi, Ali Radanın deputatı Mustafa Cəmilov deyib. “Putin hakimiyyətdə olduğu dövrdə Rusiya çətin ki, Krımdan imtina etsin. Çünki bu, onun üçün həyati məsələdir. Əgər Putin öz ölkəsi haqqında düşünsəydi, o, Krımı geri qaytarardı”, – Cəmilov qeyd edib. Bununla belə, Cəmilov proqnozlaşdırır ki, Rusiyanın iqtisadi problemlərı ölkədə mütləq ciddi nəticələrə gətirib çıxaracaq və hakimiyyət dəyişikliyi baş verəcək.