Qarabağın qaytarılmasını istəyən erməni qaçdı - Ölüm təhdidi

4-03-2016, 13:58           
Qarabağın qaytarılmasını istəyən erməni qaçdı - Ölüm təhdidi
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyən Ermənistan vətəndaşı Qeorqi Vanyan ölkəsindəki təqiblərdən qaçaraq Almaniyaya sığınıb.

Publika.az xəbər verir ki, Ermənistanda təqiblər və ölüm təhdidi ilə üzləşən Q. Vanyan “Hamburger Stiftung für politisch Verfolgte” Fondunun dəstəyi ilə Hamburga köçüb.

Məlumata görə, Q. Vanyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini, həmçinin, vətəndaş diplomatiyasının inkişaf etdirilməsinin tərəfdarıdır.

“Lakin Ermənistan hökumətində təmsil olunan millətçilər siyasi fəalı öldürməklə hədələyir”, - deyə məlumatda bildirilir.

Fond qeyd edir ki, Q. Vanyan 2012-ci ildə Azərbaycan filmlərinin festivalını təşkil etməyi təklif edib: “Lakin erməni millətçiləri bunun qarşını aldılar. Telefon danışıqları və internet yazışmalarında millətçilərin Vanyanı öldürməklə hədələdiyi ortaya çıxdı. Hətta festivalın rejissoruna fiziki hücumlar da edildi. Ermənistan telekanalları onu “milli satqın” kimi damğalamağa başladılar. Daha sonra onun yaşadığı evə hücumlar edildi. İndi biz çox şadıq ki, Vanyan təhlükəsiz şəkildə yaşaya biləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.