İrandan Suriya atəşkəsinə zərbə - PYD-yə raket sistemləri verdi
4-03-2016, 16:34
İran, Suriyada PKK-nı aktiv olaraq istifadə edərək təşkilatı maddi yardım və sığınacaqla təmin etməyə davam edir.
Avropa.info xəbər verir ki, ABŞ rəsmilərinin atəşkəs çərçivəsində Suriyada olan İran yönümlü xarici döyüşçülərin çəkilməyə başlaması haqda açıqlamasının əksinə olaraq İranın ölkədəki döyüşçülərinin sayını artırdığı məlum olub.
İran İnqilab Keşikçiləri Korpusu Livan, İraq, İran və Əfqanıstan kimi ölkələrdən Suriyaya döyüşmək üçün gətirdiyi minlərlə döyüşçüyə 1200 yeni döyüşçünü də əlavə edərək Hələbdə yerləşdirdiyi bildirilir.
Ölkəyə gətirilən yeni döyüşçülərin Əsaib Əhlil Haqq, Hərəkət'ul Nucabə və İraq Hizbullahının tabeçiliyində döyüşdüyü və terrorçuların Hələbdə rejimin nəzarət etdiyi əl-Əsəd Hərbi Akademiyasında yerləşdiyi bildirilir.
Əldə olunan məlumata görə Suriya və İraqda xırda təşkilatlar quraraq döyüşdürən İran PKK-nın Suriya qolunu da öz çıxarları üçün istifadə edir.
Aparılan kəşfiyyat araşdırmaları zamanı Cavad adlı iranlı yüksək rütbəli bir hərbçinin PYD komandirlərindən olan Sipan Hemo ilə xüsusi bir görüş keçirdiyi məlum olub.
Görüş zamanı iranlı generalın, PKK komandiri Hemoya 3,5 milyon dollar pul, raket sistemləri verdiyi bildirilir.