Türkiyədən Yunanıstana axın edən miqrant sayı 1 iyun tarixinə qədər azaldılmasa, viza rejiminin sadələşdirilməsi prosesi dayandırılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin nümayəndəsi Hansörq söyləyib. Hansörq viza rejiminin sadələşdirilməsi prosesini birbaşa miqrant axını ilə əlaqələndirib. O qeyd edib ki, sadələşdirilmiş viza avtomotik olaraq verilməyəcək.
Qeyd edək ki, uzun müddətdir Türkiyə və AB arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr aparılır.