ŞOK: Başı kəsilmiş uşağa karikatura çəkdilər - FOTO

5-03-2016, 12:59           

Britaniyanın “Vive Charlie” satirik jurnalı fevralın 29-da Moskvada törədilən dəhşətli qətllə bağlı karikatura dərc edib.

Jurnalın üz səhifəsində hicablı qadın azyaşlı uşağın kəsilmiş başı ilə təsvir edilib.

Sosial şəbəkələrin istifadəçiləri karikatura ilə sərt etirazlarını bildiriblər. Onlar bildiriblər ki, bu vəziyyətdə yumorun yeri yoxdur.

Rusiya Dövlət Duması da karikaturaya sərt etirazlarını ifadə ediblər. “Vahid Rusiya” fraksiyasından Dövlət Dumasının deputatları bildiriblər ki, “Vive Charlie” jurnalı cəmiyyətdə nifrəti alovlandırır.

Xatırladaq ki, Özbəkistan vətəndaşı Gülçöhrə Bokulova fevralın 29-da Moskvada dayə olduğu evdə dörd yaşlı qızın başını kəsib. Bundan sonra mənzilə od vuran qadın qızın kəsilmiş başı ilə "Oktyabrskoe pole" metro stansiyasına yollanıb, orada özünü partladacağını bildirib, "bu qızı mən öldürdüm!" deyə qışqırıb.

Moskvanın Presnenski rayon məhkəməsi Gülçöhrə Bokulova barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Özbəkistan vətəndaşına qarşı rəsmi ittiham bu gün irəli sürüləcək. /Publika.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.