Ukraynada döyüşlər yenidən qızışdı - Ölü və yaralılar var
5-03-2016, 20:35
Keçən sutka ərzində separatçılarla baş verən atışma nəticəsində iki ukraynalı hərbçi ölüb, 5 nəfər yaralanıb.
Avropa.info xəbər verir ki, bu barədə Poroşenkonun antiterror əməliyyatı üzrə mətbuat katibi Andrey Lısenko məlumat verib.
Lısenkonun sözlərinə görə, ölən hərbçilər Mariupol istiqamətində vurulub. Gecə saatlarında düşmənin diversiya-kəşfiyyat qrupu ilə baş verən atışmada 30 separatçı öldürülüb.
Qeyd edək ki, dünən rusiyalı muzdlular Ukrayna hərbçilərinin mövqelərini 50 dəfə atəşə tutublar.