Rus hərbçilərinin Ukraynada döyüşməsinə dair növbəti fakt
5-03-2016, 20:54
Ukrayna MN-nin baş kəşfiyyat idarəsi separatçıların işğal etdiyi ərazidə Rusiya SQ-nin növbəti kadr hərbçisinin həlak olması faktını təsdiq edib.
Avropa.info xəbər verir ki, kəşfiyyat məlumatları Rusiyanın 9-cu xüsusi təyinatlı motoatıcı dəniz piyadası alayının itki verdiyini göstərir.
4 martda separatçıların keçirdiyi uğursuz diversiya-kəşfiyyat əməliyyatı zamanı baş leytenant Voinov Andrey Vladimiroviç, və daha üçü nəfər öldürülüb. Baş əsgər İlyuşenko Maksim Yuryeviç yaralanıb.
Ukrayna tərəfi bildirir ki, Rusiya SQ-nin polkovniki Bondarev Dmitri Yevgeneviç əmrində olan şəxslərin ölüm faktını gizlətməyə çalışıb. Bundan əlavə işğa altında olan ərazilərə Rusiya Baş Kəşfiyyat İdarəsinin tabeçiliyində olan 9-cu motoatıcı alayın göndərildiyini də deyib.
Daha əvvəl verdiyimiz xəbərdə deyilirdi ki, ruslar bu gecə Ukrayna mövqelərinə təşkil etdiyi hücumdan sonra böyük itki verərək geri çəkiliblər. Ukrayna tərəfindən 2 ölü, 2 yaralı var.