ABŞ-da ilkin seçkilərdə hələdə tam lider müəyyən edilməyib
6-03-2016, 10:44
Öz partiyalarının ABŞ prezidentliyi namizədliyinə yarışının liderləri Donald Trump və Hillary Clinton şənbə günü 5 ştatda keçirilən praymeri seçkilərində uğursuzluğa düçar olublar.
Respublikaçıların yarışında Texas senatoru Ted Cruz milyarder Donald Trump-a Kanzas və Men ştatlarında qalib gəlib.
Demokrat namizədlər arasında gedən yarışda Bernie Sanders-in Kanzas və Nebraska ştatlarında Clintona qalib gəldiyi xəbər verilib.
Bununla belə, Trump və Clinton-un Luiziana ştatınında uğur qazanacağı gözlənilirdi.
Donald Trump həmçinin Kentukki ştatında qələbəyə yaxındır.
Ümumlikdə, Trump respublikaçıların, Clinton isə demokratların lider namizədləri olaraq qalırlar.
Beləliklə, respublikaçıların Trump-ın yürüşünü dayandırmaq cəhdləri hələlik baş tutmayıb.
Martın 8-də səsverməyə gedəcək Aydaho ştatında çıxış edən Ted Cruz deyib ki, Kanzasda baş verənlər dönüş nöqtəsidir.
Bundan əvvəl Ted Cruz Ayova, Alyaska, Oklahoma və Texas praymeri səsvermələrində qalib gəlib.
“Superşənbədən” əvvəl Donald Trump 1237 ABŞ seçki nümayəndəsindən 319-nun dəstəyini təmin etmişdi. Cruz 231, Marko Rubio isə 110 nümayəndənin dəstəyini qazanıblar.