Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda deyib.
“Biz iqtisadi-ticari əlaqələri genişləndirmək istiqamətində bir sıra ciddi addımlar atmışıq. İki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi üçün Macarıstanın "Eximbank"ı tərəfindən 200 milyon dollar həcmində kredit xətti açılıb. Bu kredit xətti iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyyət göstərən şirkətlərə təqdim olunacaq", - P.Siyarto bildirib.
Nazir qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı baxımından İKT, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, su təchizatı sahələrində geniş imkanlar mövcuddur. Eyni zamanda, macar şirkətləri Azərbaycanda yol və körpü tikintisinə cəlb olunublar. Bu sahədə də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.