Koalisiya qüvvələri Mosulda İŞİD-ə qarşı hücuma keçdi
6-03-2016, 15:27
İraqda Mosul şəhərinin azad edilməsi üzrə əməliyyat başlayır. ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk Bağdadda bununla bağlı keçirdiyi mətbuat konfransında deyib ki, kompleks əməliyyat olacaq. Əməliyyata hərbi hazırlıq yüksək səviyyədədir.
Makqerk bildirib ki, ABŞ piyada qüvvələrinin əməliyyatda iştirakı yalnız İraq hökumətinin dəvətindən sonra mümkün ola bilər. O, rəsmi Bağdadın razılığı olmadan Səudiyyə Ərəbistanı güclərinin İraqa girməsinin mümkün olmayacağını da deyib.
İŞİD-ə qarşı koalisiya qüvvələrinin sözçüsü Kristofer Qarvar isə belə bir açıqlama ilə çıxış edib ki, Mosuldakı İŞİD-çilərin sayı 10 min nəfərdən çox deyil. Əməliyyatda isə 30 mindən çox qüvvə cəlb olunub. Buunla belə, Qaver Mosulun ilin sonuna qədər geri alına biləcəyinin az ehtimal olunduğunu qeyd edib.
İraqın baş naziri Heydər əl-Abadi də əməliyyatla bağlı açıqlama verib. Bildirib ki, əməliyyatda bütün növ qoşun birləşmələri iştirak edəcək.
Əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya havadan dəstək verəcək.