Ukraynalı nazir Savçenko üçün ictimaiyyətə səsləndi
6-03-2016, 20:57
Ukraynanın xarici işlər naziri Pavel Klimkin Rusiya həbsxanasında saxlanılan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa çıxması üçün mitinq keçirilməsini dəstəkləyib.
“Qafqazinfo” xəbər verir ki, Klimkin bu barədə “Twitter” hesabında yazıb.
“#Savçenkoyaazadlıq (#FreeSavchenko) haştaqı ilə keçiriləcək bütün sülh aksiyalarını təmamilə dəstəkləyirəm. Rusiya tez bir zamanda Savçenkonu mənəvi cəhətdən yavaş-yavaş öldürməyi dayandırmalıdır”, - deyə o bildirib.
Nazir həmçinin beynəlxalq ictimaiyyəti Ukraynanı mövcud məsələdə dəstəkləməyə çağırıb.
Xatırladaq ki, N. Savçenko Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin ölümü ilə nəticələnən hücumun təşkilində təqsirləndirilir.