Merkel Avropanın türklərdən nə istəyəcəyini açıqladı
6-03-2016, 20:58
Almaniya kansleri Angela Merkel martın 7-də baş tutacaq Türkiyə-Avropa Birliyi sammitində hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.
Axar.az xəbər verir ki, Merkel bunu jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, sammitdə Ankaraya 3 milyard avronun ayrılmasının əsas müzakirə mövzusu olacağını bildirib:
“Bundan başqa biz Türkiyənin məhz hansı proyektlərinə pul ayıracağımızı, Avropa Birliyinin xarici sərhədlərini necə qoruyacağımızı, AB-nin hazırkı şəraitdə Yunanıstana necə kömək göstərəcəyini müzakirə edəcəyik. Mən bundan sonra da miqrasiya siyasətimi də dəyişməyəcəyəm”.