Ukraynanın paytaxtı Kiyevdə Rusiya səfirliyinə hücum olub.
AzVision.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər səfirliyə yaxınlaşaraq ərazidə olan avtomobilləri əziblər.
Məlumat da bildirilir ki, 10 nəfərdən ibarət qrup əllərində yanan məşəl tutublarmış. Mənbə bildirir ki, xuliqanlıq hərəkətlərinin nəticəsində 3 avtomobil əzilib.
Ukrayna polisi hadisə ilə əlaqədar cinayət işi açıb. Hücum edənləri 4 ilə qədər həbs cəzası gözləyir.
Kreml hadisə ilə bağlı Ukraynaya nota göndərib. Rusiya səfirliyinin mətbuat katibi Oleq Qrişin bildirib ki, aksiya əvvəldən planlaşdırılıb və hücuma yaxşı hazırlıq görülüb. [media=https://www.youtube.com/watch?v=bU8dHaSWDm0]