“Putin Merkeli devirmək istəyir” –NATO-dan şok iddia
6-03-2016, 21:14
NATO Strateji Əlaqələr Mərkəzi direktoru Canis Sarts Rusiya prezidenti Vladimir Putinin Almaniyada qaçqın böhranı səbəbi ilə ölkənin kansleri Anqela Merkeli devirmək istədiyini iddia edib.
teref.az Musavat.com-a istinadən xəbər verir ki, Sarts Putinin bu addımı Merkelin Qərbin Rusiyaya qarşı sanksiyalarına dəstək verməsi ilə əlaqədar atdığını bildirib.
Məlumata görə, Sarts sözlərinə belə davam edib: “Anqela Merkel Rusiyaya qarşı sanksiyaları hər zaman dəstəkləyib və buna görə də Putin Almaniyada siyasi dəyişiklik yaradıb-yarada bilməyəcəyini yoxlayır”.