7 yaşlı azərbaycanlı qız Almaniyadan deportasiya edildi – 300 nəfər etiraz nümayişinə qalxdı
15-03-2016, 23:25
Almaniyanın Neuköllner Sonnen-Grundschule əyalətində ibtidai orta məktəbin 300-ə yaxın şagirdi 7 yaşlı azərbaycanlı qıza görə nümayiş keçirib. Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, nümayişə səbəb 7 yaşlı Aylanın ailəsinin 16 il sonra Almaniyadan deportasiya edilməsi barədə çıxarılmış qərardır. Məktəbin yüzlərlə şagirdi əllərində “Aylanın ailəsi qalmalıdır” məzmunlu şüarlar yazılmış plakatlar tutaraq azərbaycanlı qızın müdafiəsinə qalxıblar. Almaniyanın Miqrasiya Xidmətinin qərarına görə Aylanın ailəsi martın 24-də ölkədən deportasiya edilməlidir. “Mən istəmirəm ki, qızım vətənimdəki problemləri öyrənsin. Mənim Azərbaycanda heç nəyim yoxdur”-qızın 38 yaşlı anası Aynura göz yaşları içərisində bildirib.