İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!

28-11-2024, 11:35           
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan hakimiyyətinin xahişi ilə Aİİ (Avrasiya İqtisadi İttifaqı) iclasının İrəvanda deyil, Sankt-Peterburqda keçiriləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Axar.az xəbər verir ki, Ermənistan XİN Uşakovun açıqlamasını təkzib edib.

“Avrasiya İqtisadi İttifaqının (Aİİ) mövcud qaydalarına görə, sədrlik edən üzv dövlətin ərazisində Aİİ iclasının keçirilməsi məcburi qaydada nəzərdə tutulmayıb. Beləliklə, növbəti Aİİ iclasının vaxtı və keçirilmə yeri əvvəlki iclasda qərarlaşdırılır. 8 may 2024-cü il tarixində Moskva şəhərində keçirilmiş Aİİ iclası zamanı üzv ölkələrin rəhbərləri tərəfindən cari ilin dekabr ayında növbəti iclasın Sankt-Peterburqda keçirilməsi qərarı qəbul edilib”, - XİN-in ibəyanatında qeyd edilib.

Xatırladaq ki, Yuri Uşakov Avrasiya İqtisadi Şurasının sessiyasının Avrasiya İqtisadi İttifaqına sədrlik edən Ermənistanın xahişi ilə dekabrın 25-də Sankt-Peterburqda keçiriləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru