"3 uşağım ola-ola niyə mənə cəmi 400 manat sosial yardım verilir?! – ŞİKAYƏT

28-11-2024, 11:34           
"3 uşağım ola-ola niyə mənə cəmi 400 manat sosial yardım verilir?! – ŞİKAYƏT
Saatlı rayon sakini Məhərrəmova Könül Qərib qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən Məhərrəmova Könül Qərib qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat ümün bildirim ki, artıq 1,5 ildir həyat yoldaşım həbsdədir. 3 uşağım var. Ən böyük uşağımın 10, ən kiçiyinin isə 6 yaşı var. Azyaşlı övladım olduğuna görə, işləmirəm, qohum-əqrabanın yardımı ilə dolanırıq.

Ünvanlı sosial yardım alıram. Mənə 400 manat pul verilir. Adıma da heç bir təsərrüfat yoxdur. Niyə mənim 3 uşağım ola-ola 400 manat pul verilir?!

Xahiş edirək ki, bu məsələni rəsmi qurumlarla aydınlaşdırasınız”.

Vətəndaşın şikayəti ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. O bildirildi ki, sosial yardım üçün ayrılan müavinət ailəyə daxil olan gəlirə əsasən hesablanır: “Vətəndaş ətrafli məlumatı idarəyə müraciət edərək aydınlaşdıra bilər”.

Aynurə İSMAYIL

Hurriyyet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru