İranla bağlı videoyazını kim silib? - Dövlət Departamentində qalmaqal

4-06-2016, 17:16           
İranla bağlı videoyazını kim silib? - Dövlət Departamentində qalmaqal
ABŞ Dövlət Departamentində qalmaqal yaranıb.

Avropa.info xəbər verir ki, naməlum şəxs mətbuat katibinin jurnalistlərlə brifinqinin videoyazısının bir hissəsini silmək əmri verib. Videoyazıda bildirilirdi ki, Departament İranla bağlı aparılan danışıqlar zamanı yalan danışıb.

İnsident nüvə proqramı üzrə Tehranla aparılan danışıqlarda bağlanan ilkin razılığa aiddir. 2013-cü ilin fevralında mətbuat katibi vəzifəsi tutan Viktoriya Nulanda açıqlamalarının birində demişdi ki, Vaşinqton İranla gizli danışıqlar aparmır.

Daha sonra bu fakt aşkar olunanda Nulandı əvəzləyən Cenifer Psaki demişdi ki, diplomatiya hərdən uğur qazanmaq üçün məxfilik rejimi tələb edir.

CNN bildirir ki, videoyazı sonradan redaktə edilib. Əvvəlcə Dövlət Departamenti iddia edirdi ki, bu bir təsadüfdür. İndi isə mətbuat katibi Con Kirbi deyir ki, videoyazını “naməlum” şəxs montaj edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.