ABŞ-da terror aktı törədən Ömər Mətinlə bağlı yeni faktlarortaya çıxdı

13-06-2016, 10:09           

Orlando şəhərində gecə klubunda qətliam törədən Ömər Mətin 9 il ərzində beynəlxalq “G4S2” mühafizə şirkətinin əməkdaşı olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, baş ofisi Londonda yerləşən şirkətin ABŞ-da bir neçə nümayəndəliyi fəaliyyət göstərir.

Şirkət ABŞ Milli Təhlükəsizlik Nazirliyinin podratçısıdır, 2012-ci ilə Londonda keçirilən Yay Olimpiya oyunlarının təhlükəsizliyini təmin edib.

29 yaşlı Ömər Mətin Nyu-Yorkda əfqan əsilli ailədə anadan olub. Onun iki dəfə evli olduğu bildirilir. İlk dəfə Ömər Mətin Özbəkistanda doğulmuş qadınla nigahda olub. 2009-cu ildə yenidən ailə quran Mətin iki il sonra həyat yoldaşından ayrılıb…

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində əsasən "gey"lərin toplaşdığı gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.