Papanın Türkiyədə baş verənlərdən xəbəri yox imiş - Şok açıqlama

1-08-2016, 18:56           
Papanın Türkiyədə baş verənlərdən xəbəri yox imiş - Şok açıqlama
Roma papası Türkiyədə 15 iyul tarixində baş vermiş çevriliş cəhdi ilə bağlı ilk dəfə açıqlama verib.

Avropa.info xəbər verir ki, Katoliklərin ruhani lideri sayılan Papa Fransisk Türkiyədə baş vermiş çevriliş cəhdi ilə bağlı niyə danışmaq istəmədiyinə aydınlıq gətirib.

Papa Fransisk çevrilişlə bağlı məsələyə “Bu məsələ ilə bağlı danışmamışam. Çünki əldə etdiyim məlumatlara əsasən orada nə baş verdiyindən əmin deyiləm” deyə münasibət bildirib.

Papa daha sonra sözlərinə belə davam edib: “Hadisələrlə bağlı bizə gələn məlumatları və bəzi siyasi analizləri dinləyirəm. Biz də hadisəni analiz etməyə çalışırıq. Amma hələ ki, bizdə dəqiq məlumat yoxdur”.

Papanın bu sözlərinə Türkiyə hökumətinin cavabı da gecikməyib. Bu gün Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verən baş nazirin müavini Numan Kurtulmuş Papanın Türkiyədə nə olduğunu bilmədiyi ilə bağlı sözlərinə cavab verib.

Kurtulmuş Papaya cavab verərəkən “Onun oturduqdan yerdən sankı bir şübhə varmış kimi bir hava yaratmaq istəməsini doğru görmürük” deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.