Zelenski Rusiyanın kütləvi məğlubiyyətinin təfərrüatlarını AÇIQLADI - FOTO

2-06-2025, 00:18           
Zelenski Rusiyanın kütləvi məğlubiyyətinin təfərrüatlarını AÇIQLADI - FOTOUkrayna Prezidenti Volodimir Zelenski Rusiya aviasiyasının bugünkü kütləvi məğlubiyyətini müharibə zamanı ölkənin ən uzun mənzilli əməliyyatı adlandırıb.

TEREF xəbər verir ki, o, "Telegram"kanalında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukun hesabatı zamanı çəkilmiş fotoşəkilləri dərc edib.

Prezident uğura görə ona təşəkkür edib, əməliyyatın açıqlana biləcək təfərrüatları və nəticələri barədə ictimaiyyətə məlumat verməyi tapşırıb.

Zelenskinin sözlərinə görə, planlaşdırmanın başlanğıcından əməliyyatın effektiv həyata keçirilməsinə qədər bir il, altı ay və doqquz gün keçib. O qeyd edib ki, əməliyyatl hazırlayanlar vaxtında Rusiya ərazisindən çıxarılıb.

"Əlbəttə, hazırda hər şeyi açıqlaya bilmərik, amma bu, Ukraynanın elə addımlarıdır ki, onlar tarix dərsliklərinə düşəcək. Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır. Biz hər şeyi edirik ki, Rusiya bu müharibəni bitirmək ehtiyacını hiss etsin. Rusiya bu müharibəni başlatdı, Rusiya buna son qoymalıdır. Ukraynaya həmd olsun!", - Zelenski bəyan edib.(publika.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru