Polşada keçirilən prezident seçkisinin ikinci turunda müxalif Hüquq və Ədalət partiyasının namizədi Karol Navroçki 50.9% səs toplayaraq qalib gəlib.
Oxu.Az-ın xəbərinə görə, bunu "TVP İnfo" telekanalı Respublika Dövlət Seçki Komissiyasının seçki bülletenlərinin 100 faizinin hesablanmasından əldə olunan məlumatlarına istinadən bildirib.
Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Trzaskovski 49.1% səs toplayıb.