Ukrayna Quru qoşunlarının komandanı Mixaylo Drapatiy ordunun təlim bölməsinə hücumdan sonra istefa qərarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat verib.
“Mən Ukrayna Quru qoşunlarının komandanı vəzifəsindən istefa verməyimlə bağlı hesabat təqdim etmək qərarına gəldim”, - o yazıb.
Qeyd edək ki, bu gün Ukrayna Quru qoşunlarının təlim bölmələrindən birinə raket zərbəsi endirilib. Nəticədə 12 hərbçi həlak olub, 60-dan çoxu yaralanıb.