Zelenski Ukrayna danışıqlar heyətini dəyişdi: Onları göndərəcək - ADLAR
2-06-2025, 08:28

Vladimir Zelenski iyunun 2-də İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini dəyişib.
Musavat.com Unian-a istinadən xəbər verir ki, müvafiq fərman adların siyahısı ilə birlikdə Zelenskinin saytında dərc edilib.
Fərmandan aydın olur ki, bu dəfə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin Beynəlxalq və əməliyyat hüququ idarəsinin rəisi Aleksiy Malovatski İstanbula getməyəcək.
Nümayəndə heyətinin tərkibinə üç yeni üzv daxil olacaq: Ali Radanın təhlükəsizlik və müdafiə sektoru orqanları sistemində insan hüquqları üzrə komissarının nümayəndəsi Yuri Kovbasa, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Yevgeni Ostryanski və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin beynəlxalq hüquq departamentinin rəhbəri, Silahlı Qüvvələrin Baş Hüquq Departamentinin Beynəlxalq və Mərkəzi Hüquq Departamentinin rəis müavini Andrey Fomin.
Nümayəndə heyətinə ötən dəfə olduğu kimi, Ukraynanın müdafiə naziri, Kırım türkü Rustem Umerov rəhbərlik edəcək.
Daha əvvəl Umerov bildirib ki, Kiyev Rusiya tərəfi ilə görüşün “əleyhinə deyil”, lakin başlamazdan əvvəl Moskvadan memorandum gözləyir.