Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür — VACİB AÇIQLAMA

2-06-2025, 00:05           
Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür — VACİB AÇIQLAMA
Baş Prokurorluğun Avropada yaşayan bəzi azərbaycanlı mühacirləri istintaq aparmaq üçün ölkəyə dəvət etməsi ictimai və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Lakin çağırışlara baxmayaraq, adıçəkilən şəxslər ölkəyə geri dönməyib.Həmin şəxslərin ekstradisiyası mümkündürmü?

TEREF xəbər verir ki, mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:

“Avropada yaşayan mühacirlərin Azərbaycana qayıtmamasının səbəbi aydındır. Onlar niyə çağırıldıqlarını dəqiq bilirlər. Anlayırlar ki, Azərbaycanda onlara qarşı cinayət işi açılıb və geri qayıtdıqları halda həbs olunacaqlar. Düşünmürəm ki, onların gəlməsinə kimsə maneə yaradır. Görünür, kimlərsə onlara havadarlıq edir, mövzular diktə olunur. Bu şəxslər isə həmin tezislər əsasında Azərbaycana qarşı çıxışlar edirlər. Hesab etmirəm ki, onların geri dönməsinə kimsə əngəl törədir. İstədikləri vaxt Azərbaycana gələ bilərlər. Lakin başa düşürlər ki, burada onları nə gözləyir. Məhz buna görə də qayıtmırlar”.

V. Əlibəyov vurğulayıb ki, əgər Azərbaycan tərəfi bu şəxslərin günahını beynəlxalq təşkilatlar qarşısında sübuta yetirə və ciddi dəlillər təqdim edə bilsə, bu zaman hüquqi cəhətdən onların ekstradisiya məsələsi gündəmə gələ bilər. Əks halda, onların öz xoşları ilə Azərbaycana qayıdacağını düşünmürəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru